Xorvatiya İsrailə yanvarın 4-nə kimi vaxt verib

Xorvatiya İsrailə yanvarın 4-nə kimi vaxt verib

3 Yanvar 2019 11:19
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Xorvatiyaya satmaq istədiyi 12 ədəd F-16 S/D Barak qırıcı təyyarəsi ilə bağlı yaranan problemlər iki ölkə arasında gərginliyin artmasına səbəb olub.

Mediainfo.az-ın İsrail mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Xorvatiyaya satılması nəzərdə tutulan 500 milyon dollar dəyərində F-16 qırıcı təyyarələri barədə ABŞ-ın tərəddüd etməsidir. Ona görə də Xorvatiya yanvarın 4-nə kimi İsrailə vaxt verib. Öz növbəsində İsrail baş naziri Benyamin Netanyahu bildirib ki, ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşdə Xorvatiyaya F-16-ların satılması barədə razılıq demək olar əldə edilib.