
Tramp: Suriya kürdlərinə dəstəyimiz davam edəcək
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Suriyadakı terrorçu kürd qruplaşmalarına yardımların davam etdiriləcəyini söyləyib.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Tramp Suriyadakı PKK terror təşkilatının bir qolu olan YPC-yə maliyyə və hərbi dəstək verəcəklərini, onları müdafiə edəcəklərini bəyan edib: "ABŞ bölgədən öz hərbi qüvvələrini çıxarsa belə, Suriyadakı əsas müttəfiqi olan kürdlərə əvvəlki kımı dəstək verməkdə davam edəcək. Bizim Suriyadakı əsas hədəflərimiz olduğu kimi qalır və onu dəyişdirmək niyyətində deyilik".
Digər xəbərlər