Venesuela ABŞ-ı ittiham edib: Daxili işlərimizə müdaxilə edir

Venesuela ABŞ-ı ittiham edib: Daxili işlərimizə müdaxilə edir

3 Yanvar 2019 06:42
Bəyəndim (0) Bəyənmədim (0)

Venesuela hökuməti ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Venesuela Xarici İşlər Nazirliyi bəyanat verərək ABŞ-ı ölkədə təxribat yolu ilə rejimi devirmək cəhdlərində günahlandırıb. Bəyanatda qeyd edilir ki, ABŞ Dövlət katibi Maykl Pompeo Latın Amerikası ölkələrinə səfəri zamanı region dövlətlərini Venesuelaya qarşı düşmənçilik hərəkətlərinə baş vurmağa təhrik edib: "ABŞ-ın bölgə ölkələrini Venesuelaya qarşı qaldırmaq cəhdlərini rədd edirik. Vaşinqtonun hökumətimizi devirmək cəhdləri heç vaxt baş tutmayacaq".