Elizabet Uorren prezident seçkilərində Trampın ilk rəqibi oldu
ABŞ-da 2019-cu ildə keçiriləcək prezident seçkilərində Donald Trampın rəqiblərindən biri bəlli olub.
Bu barədə ABŞ-ın Demokrat Partiyasının üzvü Elizabet Uorren sosial şəbəkələrdə məlumat yayıb. O, video paylaşaraq məsələ ilə bağlı araşdırma komissiyası yaradıldığını bildirib.
Qeyd edək ki, bundan əvvəl dəfələrlə E.Uorrenlə ABŞ Prezidenti Donald Tramp arasında mübahisə yaşanıb. Tramp açıqlamalarından birində Varrenin namizəd olmasını istədiyini, onu asanlıqla məğlub edə biləcəyini söyləmişdi.Axar.az
Digər xəbərlər