İlham Əliyev Litvanın daxili işlər nazirini qəbul edib

İlham Əliyev Litvanın daxili işlər nazirini qəbul edib

20 Aprel 2011 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Prezident İlham Əliyev Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu münasibətləri bütün sahələrdə genişləndirməyin zəruriliyini bildirib.

Ölkələrimizin müvafiq qurumları arasında müxtəlif sahələrdə yaxşı əlaqələrin yaradılmasının vacibliyini qeyd edən dövlət başçısı bu baxımdan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin ölkəmizə səfərinin uğurlu və məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirib.

Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytis bildirib ki, Azərbaycan çox uğurla inkişaf edən bir ölkədir və Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluq hissi duyur.

Raymundas Palaytis dünyanın hər yerində maliyyə böhranının hökm sürməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artımın olduğunu xüsusi vurğulayıb. O, ölkəsinin Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə maraqlı olduğunu söyləyib.

Litva nadir ölkələrdən biridir ki, Azərbaycanın daxili işlərinə qarışmır. Daxili işlər nazirinin xoşməramlı səfəri də buna bariz nümunədir.

Hafiz Əhmədov

O.M.