YAP-ın saytı hakerlərin hücumuna məruz qaldı

YAP-ın saytı hakerlərin hücumuna məruz qaldı

16 Yanvar 2012 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə saat öncə Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytı olan yap.org.az hakerlərin hücumuna məruz qalıb. Saytda hakimiyyət əleyhinə fikirlər yazılıb. Azxeber.com portalı mövzu ilə əlaqədar Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevlə əlaqə saxlayıb. Paşayev qeyd edib ki, mütəxəssislər bu problemi aradan qaldırmağa çalışır: "Saytımız hakerlər tərəfindən tutulub. Artıq bir neçə saatdır ki, mütəxəssislər problemi aradan qaldırmağa çalışırlar. Hələlik saytın tam olaraq nə vaxt düzələcəyi haqda məlumat verə bilməyəcəyəm."

Hüseyn Paşayev saytın kim tərəfindən hak olunduğu haqda isə bunları deyib: "Saytın kimlər tərəfindən çökdürülməsi məsələsinə gəldikdə isə saytımıza daxil olub oradakı şüarlara, şəkillərə baxsanız, hər şey sizə aydın olar".

O.M.