Pakistanda terrorçularla toqquşmada təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak olub

Pakistanda terrorçularla toqquşmada təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak olub

23 Sentyabr 2018 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub.

Sərhədçilər bir qrup terrorçunun Əfqanıstandan Pakistan ərazisinə keçməsi ilə bağlı məlumat aldıqdan dərhal sonra onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyata başlayıb.

Məlumatda deyilir ki, atışmada doqquz terrorçu öldürülüb və onların tam zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.(azərtac)