Paşinyan ancaq tez yanan meteorit və ya kometa ola bilər

Paşinyan ancaq tez yanan meteorit və ya kometa ola bilər

19 Sentyabr 2018 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Nikol Paşinyan ancaq tez yanan meteorit və ya kometa ola bilər.

Mediainfo.az-ın verdiyi məlumata görə, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində deyib.

Paşinyanın 4 aylıq ölkəni idarəetməsini uğurlu və ya uğursuz saymaq olarmı sualına cavabında Koçaryan deyib ki, bu müddət hökumətin fəaliyyətinə qiymət vermək üçün yetərlidir. O qeyd edib ki, indi Ermənistanda xaotik bir vəziyyət hökm sürür, Paşinyanın iqtisadiyyatdan başı çıxmır, onun aydın idarəetmə proqramı, geosiyasi prioriteti yoxdur: "Bu necə komandadır, baş çıxarmaq olmur. Hökuməti idarəedən lider var, ancaq onun populist çıxışları ciddi narahatlıq doğurur. Paşinyanın populist çıxışları Uqo Çavesi xatırladır. Populist çıxışlarla isə uzağa getmək mümkün deyil".

Koçaryan digər bir suala cavabında isə Paşinyanı tez yanıb sıradan çıxan kometa və ya meteoritlə müqayisə edib və bunula da onun hakimiyyətinin uzunmüddətli ola bilməyəcəyinə işarə vurub.