Gürcüstan ABŞ-ın bölgədəki əsas strateji müttəfiqinə çevrilir

Gürcüstan ABŞ-ın bölgədəki əsas strateji müttəfiqinə çevrilir

19 Sentyabr 2018 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstan bizim əsas strateji tərəfdaşımız olan ABŞ-ın bölgədə və ondan kənarda əsas dayaq məntəqəsinə çevrilir.

Mediainfo.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-a səfərinin yekunları ilə bağlı verdiyi açıqlamada Xarici işlər naziri David Zalkaliani deyib. Onun sözlərinə görə, səfər zamanı keçirdiyi görüşlərdə ABŞ-ın Gürcüstana böyük dəstək verdiyinə bir daha əmin olub:

"ABŞ-da keçirdiyim bütün görüşlərdə Gürcüstana hərtərəfli dəstəyin şahidi oldum. Prezident Trampın köməkçisi Bolton Gürcüstanı bölgənin lideri adlandırdı və ölkəmizdə keçirilən islahatları yüksək dəyərləndirdi. Senator Qrem isə Gürcüstanın Avropa və NATO ilə sıx inteqrasiyaya xidmət edən islahatlar həyata keçirdiyini vurğuladı".

Zalkaliani Gürcüstan-ABŞ əməkdaşlığının bundan sonra da yüksələn templə inkişaf etdiriləcəyini və bu amilin ölkənin təhlükəsizliuyinin təmin edilməsində önəmli rol oynayacağını deyib.