Aralıq dənizi hövzəsində "İl-20" heyətlə birgə yoxa çıxıb

Aralıq dənizi hövzəsində "İl-20" heyətlə birgə yoxa çıxıb

18 Sentyabr 2018 09:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyaya məxsus "İl-20" hərbi təyyarəsi 14 nəfər heyətlə birlikdə Aralıq dənizi hövzəsində yoxa çıxıb.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, "İl-20" Israilin Latakiyadakı obyektlərə zərbə endirməsindən sonra radardan itib. Bununla əlaqədar sentyabrın 18-də mətbuata açıqlama verən Rusiya Müdafiə nazirliyi rəsmiləri təyyarənin taleyindən xəbərsiz olduqlarını bəyan ediblər.

Öz növbəsində İsralil Rusiyaya məxsus 14 hərbçini daşıyan "İl-20" təyyarəsinin itməsi ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib.