Rusiya kiberhücuma görə cavab verməli olacaq

Rusiya kiberhücuma görə cavab verməli olacaq

17 Sentyabr 2018 17:39
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadan gələn kiberhücum təhlükəsi NATO-nu sərt cavab addımları atmağa məcbur edəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri Axios portalına verdiyi açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, kiberhücuma görə NATO nizamnaməsinin 5-ci maddəsi işə salınacaq. 5-ci maddədə deyilir ki, NATO üzvü olan hər hansı ölkəyə hücuma quruma daxil olan dövlətlərin hamısına hücum kimi baxılacaq.

Stoltenberq deyib ki, bütün hallarda Rusiyadan gələn hər hansı təhlükə, o cümlədən kiberhücum əsaslı şəkildə araşdırıldıqdan sonra qərar qəbul ediləcək və bu məsələdə tələskənliyə yol verilməyəcək.