Qazaxıstan Xəzərdə ABŞ hərbi bazalarının yerləşdirildiyi barədə şayiələri təkzib edib

Qazaxıstan Xəzərdə ABŞ hərbi bazalarının yerləşdirildiyi barədə şayiələri təkzib edib

17 Sentyabr 2018 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan hökuməti Xəzər dənizində ABŞ hərbi bazalarının yerləşdirildiyi barədə şayiələri təkzib edib.

Bu barədə məlumatları şayiə adlandıran informasiya və kommunikasiya naziri Dauren Abayevin sözlərinə görə, ölkəsi regionda xarici hərbi bazaların mövcudluğuna yol verə bilməz.

2018-ci ilin aprel ayında Qazaxıstan parlamentinin senatı ABŞ-ın Əfqanıstana göndərəcəyi xüsusi yüklərin kommersiya tranzitinin təmin olunması barədə qanun layihəsini təsdiqləyib. Bu məqsədlə Xəzər dənizində yerləşən Aktau və Kurık limanları Amerikanın qeyri-hərbi yüklərinin Əfqanıstana çatdırılması üzrə marşruta daxil edilib. ABŞ Hərbi Dəniz Qüvvələrinə Qazaxıstanın Xəzər dənizindəki limanlarından istifadə imkanı verildiyi barədə şayiələrin yaranmasına da bu səbəb olub.

Qazaxıstanın informasiya naziri Aktau konvensiyasının Xəzər hövzəsinə daxil olmayan ölkələrin silahlı qüvvələrinin və gəmilərinin Xəzər dənizində mövcudluğunu qadağan etdiyini xatırladıb.(azərtac)