“Suriya ordusunun İdlibdə keçirəcəyi əməliyyata qatılmayacağıq”

“Suriya ordusunun İdlibdə keçirəcəyi əməliyyata qatılmayacağıq”

17 Sentyabr 2018 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

İran Bəşşar Əsədə bağlı Suriya ordusunun İdlib bölgəsindəki hərbi əməliyyatına qatılmayacaq.

"Report" "Mynet"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi bildirib.

"Suriyanın ərazi bütövlüyü dəstəkləyirik. Bu səbəbdən ölkə ərazisinin terrorçulardan təmizlənməsini istəyirik. Hazırda İdlibdə humanitar məsələlər müzakirə edilir. Bunların uğurla nəticələnməsini görmək istəyirik", - deyə o vurğulayıb.