Putin prezident postunu tərk etmək niyyətində deyil

Putin prezident postunu tərk etmək niyyətində deyil

17 Sentyabr 2018 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin Çinin məşhur "Əlibaba"korporasiyasının rəhbəri Cek Ma ilə görüşündə təqaüdə çıxmaq və prezident postunu tərk etmək niyyətində olmadığını bildirib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Rossiya1" telekanalının "Moskva. Kreml. Putin" proqramına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, Putin Cek Manın korporasiyanın rəhbəri vəzifəsindən istefa verərək təqaüdə getməyə hazırlaşması barədə mətbuatda yayılan xəbərlərin doğru olub-olmaması ilə maraqlanıb. O: "Doğrudanmı siz belə gənc yaşda təqaüdə çıxmağa hazırlaşırsınız? Axı indi sizin ən böyük enerji ilə işləyən vaxtınızdır. Məsələn, mən bu vaxtımda- 65 yaşımda heç vaxt təqaüdə getmək və prezident postunu tərk etmək niyyətində deyiləm",-deyib.