Ərdoğan Paşinyana zəng etdi: Onu azad et!

Ərdoğan Paşinyana zəng etdi: Onu azad et!

15 Sentyabr 2018 19:50
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyana zəng edib.

Ərdoğan Paşinyandan Türkiyə vətəndaış Ümid Əli Özmənin azad edilməsini istəyib. Paşinyan Ərdoğana müsbət cavab verib. Belə ki, o, Ümid Ali Özməni sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil verəcəklərini bildirib.

Xatırladaq ki, 16 yaşlı Ümid Əli Özmən iyul ayının 24-də Türkiyənin Qars bölgəsinin Akyaka rayonunda heyvanları otararkən Ermənistan sərhədini keçib. O, artıq iki aydır ki, düşmən ölkədə əsir olaraq saxlanılır.

Onun kamerada saxlanıldığı və şiddət gördüyünə dair iddialar var(.publika)