Konqresmen Ted Po ABŞ hökumətini qondarma soyqırımını tanımağa çağırıb

Konqresmen Ted Po ABŞ hökumətini qondarma soyqırımını tanımağa çağırıb

14 Sentyabr 2018 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Texas ştatından olan ermənipərəst konqresmen Ted Po Nümayəndələr Palatasındakı çıxışında qondarma erməni soyqırımını "mühakimə" edərək hökuməti onu tanımağa çağırıb.

Mediainfo.az-ın ANCA-ya istinadən verdiyi məlumata görə, konqresmen çıxışında deyib ki, bir əsr əvvəl dünyanın diqqəti I dünya müharibəsinə cəlb edildiyi vaxt Avropada Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı "soyqırım" həyata keçirilib. Onun iddiasına görə, o dövrdə 1. 5 milyon nəfər erməni "qətlə" yetirilib. Ted Po bunun nəzərə alınmasının və "soyqırımı"nın ABŞ tərəfindən tanınmasının vacibliyini bildirib.

PS. Qeyd edək ki, Ted Po ABŞ-da erməni lobbisi tərəfindən maliyyələşdırılən, daha dəqiq desək rüşvətlə ələ alınan 30-40 konqresmendən biri hesab edilir. Onun erməni lobbisinin ABŞ-dakı ən böyük qurumlarından biri olan ANKA-dan aldığı təlimatlar əsasında hərəkət etdiyi vurğulanır.