Qazaxıstan-Türkiyə münasibətləri müzakirə edilib

Qazaxıstan-Türkiyə münasibətləri müzakirə edilib

13 Sentyabr 2018 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfər edib.

Nazarbayevin Türkiyədə rəsmi qarşılanma mərasimi keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarını qarşılayıb. Daha sonra hər iki ölkə prezidenti arasında təkbətək görüş olub.

Qeyd edək ki, səfər zamanı iki ölkə arasında münasibətlərin inkişafı, eləcə də regional məsələlər müzakirə ediləcək. Həmçinin, hər iki ölkə prezidenti Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. (azadinform)