Yunanıstan türk əsgərlərini azad edib

Yunanıstan türk əsgərlərini azad edib

11 Sentyabr 2018 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə sularında qanunsuz miqrasiyanın qarşısını almaq üçün xidmətdə olan iki əsgər Yunanıstan tərəfindən saxlanılmışdır. Aparılan danışıqlar, o cümlədən Yunanıstan müdafiə naziri ilə telefon söhbətləri əsasında qısa müddətdə əsgərlər Türkiyə tərəfinə təhvil verildi.

Mediainfo.az AzərTac-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hülusi Akar ifadə edib. Əsgərlərin azad olunmasını "yaxşı qonşuluq münasibətləri üçün gözəl nümunədir" kimi dəyərləndirən nazir qarşı tərəfə təşəkkürünü ifadə edib.

Suriyanın İdlib şəhərindəki vəziyyətdən, xüsusilə dinc əhalinin, qoca, qadın və uşaqların məruz qaldığı zorakılıqdan narahatlığını ifadə edən Türkiyənin milli müdafiə naziri bölgəyə endirilən aviasiya zərbələrinin dərhal dayandırılmasını, atəşkəsin və sabitliyin bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.