Beş azərbaycanlı qardaş Rusiyada tankçı oldu

Beş azərbaycanlı qardaş Rusiyada tankçı oldu

10 Sentyabr 2018 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusunun tank qoşunlarında beş azərbaycanlı qardaş xidmət edir. Onlardan üçü artıq batalyon komandiridir.

Qardaşlarla bağlı "Krasnaya zvezda" nəşri yazıb.

"Bizim ailəmizdə ilk olaraq məndən dörd yaş böyük qardaşım Balabəy Eminov təcrübəli hərbçi olmaq qərarına qəlib və Çelyabinsk Ali Tank Məktəbinə daxil olub, - qardaşlardan biri qvardiya mayoru Azər Ramazanov deyib. - İki il sonra qardaşım Tərlan Eminov həmin məktəbə daxil oldu, ondan sonra mən 2003-cü ildə bu məktəbin kursantı oldum. Məndən sonra qardaşlarım Alxas və Arslan Ramazanovlar da Çelyabinsk Ali Tank Məktəbinə daxil oldular".

"Təəssüf ki, bir yerdə yığışıb şəkil çəkdirmək imkanımız olmayıb: xidmət bizi Rusiyanın qərb sərhədlərindən şərqinə doğru müxtəlif yerlərə göndərdi. Məzuniyyətlər də üst-üstə düşmürdü. Ancaq vəzifələrimiz eynidir - Rusiyaya xidmət etmək", - Azər Ramazanov bildirib.

Nəşr bildirib ki, Balabəy və Tərlan Eminov, eləcə də, Azər Ramazanov batalyon komandirləridirlər.

Bu il ailənin daha bir üzvü Valeh Eminov da leytenant rütbəsi alacaq, ancaq o tankçı deyil. Valeh avtomobil profili üzrə hərbi təhsil alıb. (oxu.az)