Bakı sentyabrın 15-də düşmənə cavab verəcək

Bakı sentyabrın 15-də düşmənə cavab verəcək

10 Sentyabr 2018 17:07
Bəyəndim (0) Bəyənmədim (0)

15 sentyabrda hərbi paradın keçirilməsi bir əsrlik tariximizə dövlətimiz tərəfindən yüksək qiymət verildiyini və müstəqilliyimizi hər zaman qorumaq üçün canımızı belə fəda etdiyimizi göstərir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, paradın keçirilməsi ilə bağlı verilən qərar təqdirəlayiq addımdır:

"15 sentyabr 1918-ci il Bakının bolşevik-daşnak silahlı dəstələrindən azad olunduğu gündür. Bu tarix Azərbaycan tarixinin şanlı səhifəsidir. Bakının paytaxt kimi milli dövlətçiliyimizin formalaşmasında böyük rol oynadığını hamı bilir. Həmin gün keçirilməsi nəzərdə tutulan hərbi parad Azərbaycanın ərazi bütövlüyünə xor baxan bəzi dairələrə yaxşı cavab olacaq".

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak silahlı birləşmələrindən azad edilməsinin 100 illiyi münasibətilə hərbi parad keçiriləcək.