Türkiyədə 35 terrorçu məhv edilib
Türkiyədə 1 həftə ərzində 35 terrorçu məhv edilib.
Azadinform xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, zərərsizləşdirilən terrorçulardan 2-si "rütbəli" olub. Bundan başqa, aparılan əməliyyatlar çərçivəsində terror təşkilatları ilə əlaqəsi olan 445, narkotik maddə və qaçaqmalçılıq üzrə cinayətdən isə 4 min 307 nəfər saxlanılıb.
Digər xəbərlər