Yunanıstanda etiraz: Makedoniya yunandır...

Yunanıstanda etiraz: Makedoniya yunandır...

9 Sentyabr 2018 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstanın Saloniki şəhərində Makedoniya ilə əldə edilən sazişə etiraz edən aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, şəhərin simvolik rəmzi olan ağ qüllədə toplanan 15 min etirazçı "Makedoniya yunandır" şüarları ilə etiraz edib.

Əksəriyyəti sağçı qruplar və din adamları olan nümayişçilərin bəziləri polisə daş və hava füşəngləri ilə hücum edib. Etirazçıların qarşısının alınması üçün gözyaşardan qazdan və səs bombalarından istifadə edilib.