Çarukyan axır ki, dilləndi: Meydanda güllələnsin!

Çarukyan axır ki, dilləndi: Meydanda güllələnsin!

8 Sentyabr 2018 13:48
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər Ovik Abramyan 1 mart hadisələrində günahkardırsa, o zaman qoy onu meydanda güllələsinlər.

Bunu jurnalistlərə açıqlamasında erməni iş adamı, Çarukyan Blokunun rəhbəri Qagik Çarukyan deyib. Onun sözlərinə görə, Abramyanın özü də meydanda güllələnməyə hazırdır.

Qeyd edək ki, bundan öncə keçmiş baş nazir Ovik Abramyan və qardaşına qarşı vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə cinayət işi açılıb. Hökumət həmçinin Abramyanın qardaşını 1 mart qırğınlarında təqsirkar bilib.

Ovik Abramyan Respublikaçılar Partiyasının üzvüdür. O, Ermənistanda Robert Köçəryanın yaxın adamlarından sayılır. Axar.az