5 ölkə Rusiyaya qarşı birləşdi

5 ölkə Rusiyaya qarşı birləşdi

7 Sentyabr 2018 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ, Kanada, İngiltərə, Fransa və Almaniya Skripal olayı ilə bağlı Rusiyaya qarşı birgə bəyanat yayımlayıb.

Bəyanatda bu sui-qəsdə cəhd olayı ilə bağlı Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) məsuliyyət daşıdığı bildirilib.

"İngiltərə polisi şübhəlilərin QRU əməkdaşları olduğu qənaətinə gəlib. Bu əməliyyat planının dövlət strukturunun ən yuxarı iyerarxiyasında hazırlanması ilə bağlı şübhəmiz yoxdur", - deyə bildirilib.

Qeyd edək ki, İngiltərə Baş naziri Tereza Mey də bu işin başında QRU-nun dayandığını bildirmişdi(axar.az)