Fransa hökuməti qaçqın düşərgələrini ləğv edir

Fransa hökuməti qaçqın düşərgələrini ləğv edir

6 Sentyabr 2018 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Fransız polisi ölkənin şimal hissəsindəki Grande-Synthe şəhərində 800 iraqlı qaçqının məskunlaşdığı çadır düşərgələrini ləğv edib.

Mediainfo.az AzərTac-a istinadla xəbər verir ki, düşərgənin ləğv olunması ilə bağlı işlərə səhər saatlarından başlanıb. Fransız mətbuatının yaydığı məlumata görə, ləğvetmə əməliyyatında 200 polis, yanğınsöndürənlər və təcili yardım əməkdaşları iştirak edib.

Grande-Synthe şəhər polisindən bildiriblər ki, düşərgədən çıxarılan qaçqınlar araşdırıldıqdan sonra ölkədən deportasiya olunacaq.

Fransadan çıxarılan qaçqınlar qeyri-qanuni yolla Böyük Britaniyaya keçməyə çalışırlar. Fransanın müvafiq dövlət qurumları ölkə ərazisində qaçqın düşərgələrinin artmaması üçün tədbirləri gücləndirib.