Paraqvaydan  İsrailə şok: Qüdsdən imtina...

Paraqvaydan İsrailə şok: Qüdsdən imtina...

6 Sentyabr 2018 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin Paraqvaydakı səfirliyinin bağlanması haqqında qərar qəbul edib.

Bu barədə məlumatı Netanyahunun mətbuat xidməti yayıb. İsrailin bu addımı Paraqvayın Qüdsdəki səfirliyini Təl-Əvivə köçürməsinə cavab olaraq atdığı vurğulanıb.

Qeyd edək ki, Paraqvay Xarici İşlər naziri Luis Kastiloni bir müddət öncə Paraqvayın Qüdsdəki səfirliyinin Təl-Əvivə köçürülməsi haqqında qərar verib.