Sərkisyanın qardaşı qızı hökumətə təslim oldu

Sərkisyanın qardaşı qızı hökumətə təslim oldu

6 Sentyabr 2018 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı qızı Ani Sərkisyan könüllü olaraq Ermənistan Xüsusi İstintaq Xidmətinə gəlib.

Bu barədə məlumatı "Aykakan Jamanak" qəzeti yayıb.

Qeyd edək ki, Ani Sərkisyan Serj Sərkisyanın qardaşı Levon Sərkisyanın qızıdır. Xüsusi İstintaq Xidməti onu gəlirləri və əmlakı haqqında yanlış məlumat verməkdə ittiham edir.

Bundan öncə Xüsusi İstintaq Xidməti Levon Sərkisyan və oğlu Narek Sərkisyana da cinayət işi açılıb. Ermənistan məhkəməsi Levon Sərkisyan haqqında qiyabi həbs qərarı çıxarıb.Axar.az