Elmar Vəliyevin köməkçisi  tutduğu vəzifəsindən azad edilib

Elmar Vəliyevin köməkçisi tutduğu vəzifəsindən azad edilib

3 Sentyabr 2018 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Elmar Vəliyevin köməkçisini tutduğu vəzifəsindən azad edib.

Niyazi Bayramovun müvafiq əmrinə əsasən, Hacızadə Tural Yaşar oğlu icra başçısının köməkçisi vəzifəsindən azad edilərək, İnformasiya təminatı və təhlili sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilib.

N.Bayramovun digər əmrinə əsasən, Kamran Məhərrəmov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin olunub.

Sözügedən xəbəri Gəncə Şəhər İcra Hakimiyyətindən təsdiqləyiblər.

Qeyd edək ki, K.Məhərrəmov bundan əvvəl də Niyazi Bayramovun Mingəçevir İcra Hakimiyyətində köməkçisi olub.