Paşinyan yenidən Putinlə görüşəcək

Paşinyan yenidən Putinlə görüşəcək

3 Sentyabr 2018 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Baş naziri Nikol Paşinyan yenidən Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə məlumatı Paşinyan Feysbuk səhifəsində canlı yayım zamanı paylaşıb. O, son günlər Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi ilə bağlı yayılan fikirlərlə razılaşmadığını bildirib:

"Biz fərqli səviyyələrdə münasibətləri davam ediririk. Yaxın zamanlarda Moskvaya yollanacağam. Bu, Putinlə üçüncü görüşüm olacaq. Biz gündəmimizdə olan çoxsaylı məsələləri müzakirə edəcəyik".