ABŞ prezidentliyinə namizəd İranı raket atəşinə tutacağına söz verdi

ABŞ prezidentliyinə namizəd İranı raket atəşinə tutacağına söz verdi

2 Yanvar 2012 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikaçılar partiyasından namizədliyi irəli sürülmüş ABŞ prezidentliyinə namizəd Mişel Bahman prezident seçiləcəyi təqdirdə İranı iqtisadi blokadaya alacağını və bombardman edəcəyini bildirib. Xanım Bahman yalnız bu halda İranın atom bombası hazırlamaq istəyindən daşınacağını qeyd edib. "Newsday" qəzetinin məlumatına görə, ABŞ konqresinin Minnesota ştatından olan üzvü Mişel Bahman qəti qərarını bu gün açıqlayıb. O deyib: "biz mümkün olan hər bir şeyi edəcəyik". Prezidentliyə namizədin seçkiqabağı platformasında o da bildirilib ki, ABŞ yaxın gələcəkdə Yaxın Şərqdə Raket Əleyhinə Müdafiə sistemlərini yerləşdirəcək və qurğularını İrana tuşlayacaq.

İran isə sürətlə silahlanmaqda davam edir. Bu gün 200 kilometr məsafədəki hədəfi məhv edə bilən "Qadir" adlı yeni raket sınaqdan keçirilib. Bir qədər əvvəl isə "Nur" tipli raket uğurla sınaqdan keçirilmişdi.

Ya İranın atom araşdırmalarının, ya da molla rejiminin fatihəsi veriləcək...

Sərvər Aslanov

O.M.