İctimai Palataya yeni alternativ gəlir

İctimai Palataya yeni alternativ gəlir

29 Dekabr 2011 18:33
Bəyəndim (0) Bəyənmədim (0)

Klassik Xalq Cəbhəsi Partiyasının mənzil-qərargahında KXCP, ACP, Aydınlar, Azadlıq partiyalarının rəhbərləri, Vətəndaş Hərəkatı Forumunun təmsilçiləri və istiqlalçı deputatların iştirakı ilə keçirilən görüşdə hərəkat yaradılması barədə ilkin birgə müzakirələr başlanıb. KXCP mətbuat xidmətindən verilən məlumata görə, müzakirələr zamanı indiyə qədər keçirilmiş ikitərəfli görüşlərin nəticələri təqdir olunub. Görüşdə digər siyasi partiya, ictimai təşkilat və fərdlərin yaradılması nəzərdə tutulan hərəkatda təmsil olunması haqqında məlumatlar da müzakirə edilib. Növbəti görüş 2012-ci il yanvar ayının 6-na təyin olunub.

O.M.