
İranın sabiq Xarici İşlər naziri 8 il cəza aldı
İranın sabiq Xarici İşlər naziri 79 yaşlı İbrahim Yəzdi barəsində məhkəmə 8 il həbs cəzası təyin edib. O, İranın ilk inqilabi hökumətində Baş nazir Mehdi Bazarqanın rəhbərliyi altında nazir vəzifəsində fəaliyyət göstərib. 1979-cu ildə radikal tələbələr ABŞ səfirliyinin əməkdaşlarını girov götürdükdən sonra istefa verib. Həmin dövrdən müxalifət cərgəsinə keçib.
İbrahim Yəzdi 2009-cu ildə prezident seçkilərinin nəticələrinə qarşı çıxış edənlərin siyasi rəhbərlərindən biri kimi həbs edilib.
O.M.
Digər xəbərlər