ABŞ-ın sanksiyalarına Türkiyə eyni qaydada cavab verəcək
ABŞ-ın Maliyyə Nazirliyinin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar tətbiq etməsi qərarına Türkiyə protest verib.
Mediainfo.az saytının "Qafqazinfo"-ya istinadən məlumatına görə, ilk açıqlama xarici işlər naziri Mövlud Çavuşoğlundan gəlib:
"ABŞ-ın ölkəmizlə bağlı sanksiya qərarını şiddətlə qınayırıq. İki nazirimizi hədəf alan qərar nə dövlət ciddiyyəti ilə uzlaşır, nə də hüquqi cəhətdən izah edilir. Hüquq sistemimizə hörmətsizcəsinə müdaxilə məqsədi daşıyan bu qərarın ABŞ-la əlaqələrimizə təhqir olduğunu və iki ölkə arasındakı problemlərin həlli üçün edilən cəhdlərə böyük ziyan vuracağını bildiririk. ABŞ hökumətini bu yanlış qərardan geri addım atmağa çağırırıq. Heç bir məqsədə xidmət etməyən bu davranışın qarşılığı gecikmədən veriləcək".



















.jpg)











































































