Orxan Camalı Vaqnerçilər qətlə yetirib

Orxan Camalı Vaqnerçilər qətlə yetirib

1 Avqust 2018 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Orxan Camal və digər iki rus jurnalist fəaliyyətini araşdırdıqları "Vaqner" özəl hərbi şirkətin muzdluları tərəfindən qətlə yetirilib.

Bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

"Əslində, Rusiyada heç bir özəl hərbi şirkət yoxdur və qanunla ola da bilməz. Bu brend adı altında dünyada Rusiyanın apardığı hibrid müharibədə iştirak edən xüsusi təyinatlı qüvvələr toplanır. Bu qətllə jurnalistlərə və siyasətçilərə girilməsinə izn verilmədiyi qırmızı xətt göstərildi. Korrupsiya, Medvedyevlər və Şuvalovlar haqqında hələ də çarxlar çəkmək olar. Lakin hibrid müharibəsinin ön cəbhəsində iştirak edənləri araşdırmaq olmaz, əks təqdirdə ölüm cəzası var. Hibrid müharibəsi hazırda Kreml üçün əsas prioritetdir", - o bildirib. (axar.az)