Uqo Çaves xəstələnməsində ABŞ-ı günahlandırdı

Uqo Çaves xəstələnməsində ABŞ-ı günahlandırdı

29 Dekabr 2011 01:56
Bəyəndim (0) Bəyənmədim (0)
"ABŞ Latın Amerikası prezidentlərinin xərçəng xəstəliyinə tutulması üçün məxfi plan hazırlayıb"

Venesuela prezidenti Uqo Çaves dünən axşamkı çıxışında növbəti dəfə sensasiyalı bəyanat verdi. O bildirdi ki, ABŞ Latın Amerikası prezidentlərinin xərçəng xəstəliyinə tutulması üçün məxfi plan hazırlayıb. MIGnews.ru saytının məlumatına görə, Uqo Çaves nitqində son dərəcə ciddi görünürdü. Prezident hətta dediklərini sübuta yetirəcək faktlara malik olduğunu da vurğuladı.

Xatırladaq ki, bu günlərdə Argentina prezidenti Kristina Fernandesdə də xərçəng xəstəliyi aşkar edilib. U.Çaves özü isə bu ilin iyun ayında Kubada xərçəng şişinin götürülməsi əməliyyatını keçirib. Prezident həmin ölkədə 4 dəfə kimyaterapiyadan keçib.

Allah şəfa versin, sözün hər mənasında...

Murad Şahməmmədov

O.M.