
"Bağdad və Dəməşqdə baş verən partlayışlar ABŞ kəşfiyyatının işidir"
MIGnews.com saytının məlumatına görə, Livanın şiə "Hizbullah" təşkilatı bu gün sərt bir bəyanatla çıxış edib: "Bağdad və Dəməşqdə baş verən partlayışlar ABŞ kəşfiyyatının işidir. Onlar sionistlərin maraqlarını güdürlər. Dəməşq partlayışları İraqdakı partlayışlardan bir gün sonra baş verib. Bu isə deməkdir ki, İraqda məğlubiyyətə uğrayaraq bu ölkəni tərk etmiş ABŞ qisasını İraqdakı müqavimət hərəkatına kömək edən dövlətlərdən çıxmaq istəyir."
Xatırladaq ki, bu gün Dəməşqdə baş verən iki partlayışda ən az 40 nəfər ölüb, 100-dən çox inan yaralanıb. Suriya dövlət televiziyası terror aktlarının "Əl-Qaidə" təşkilatı tərəfindən həyata keçirdiyini bildirib. Dünən isə İraq paytaxtında 12 partlayış baş verib. Nəticədə, ən az 60 nəfər ölüb, 150 nəfər yaralanıb.
Yaxın Şərqin qara qızılı onun qara günlərinə səbəb olub...
Sərvər Aslanov
O.M.