
Dmitri Medvedev heç zaman prezident seçilməyəcək
Rusiya prezidenti özünü kəskin tənqid etdi
Rusiya prezidenti Dmitri Medvedev Federal Məclisə sonuncu dəfə müraciət edib. O, ölkəni idarə etdiyi dövrdə çoxlu səhvlərə yol verdiyini bildirərək indən belə heç zaman prezidentlik iddiasında olmayacağını vurğulayıb. NEWSru.com saytının məlumatına görə, D.Medvedevin müraciəti əsasən özünütənqid fikirlərindən ibarət idi: "Etiraf etməliyik ki, ötən dövr ərzində biz əvvəlki dövrlərdən qalmış problemləri həll edə bilmədik. İqtisadiyyatın primitiv quruluşu, xammaldan biabırçı dərəcədə asılılıq, istehsalın insanların tələbatına uyğunlaşdırılmamağı bizim böyük uğursuzluğumuzdur."
Rusiya prezidenti bir həqiqəti unudur ki, onun ölkə rəhbəri olduğu dövrdə Baş nazir Vladimir Putin olub...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər