
Oqtay Əsədov parlament adından Azərbaycan prezidentini ad günü münasibətilə təbrik etdi
Bu gün Milli Məclisin (MM) növbəti iclası keçirilir. Parlamentin spikeri Oqtay Əsədov dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin doğum günü olduğunu xatırladıb. O.Əsədov İ Əliyevin prezidentlik dövrünün Azərbaycan üçün uğurlu olmasından danışaraq, ölkənin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bu müvəffəqiyyətlərdən biri olduğunu vurğulayıb. Daha sonra Milli Məclis üzvləri adından prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Parlamentin I vitse-spikeri Ziyafət Əsgərov parlament üzvləri adından Azərbaycan prezidentinə ünvanlanmış təbrik məktubunu oxuyub. İclas davam edir.
O.M.
Digər xəbərlər