
Bəşər Əsəd Ərəb şahzadələrinin porno görüntülərini yayacaq
İordaniyanın Al-Bawaba qəzeti Suriya Prezidenti Bəşər Əsədin Ərəb ölkələri rəhbərlərinə, əsasən də şeyxlərə yönəltdiyi hədə-qorxu dolu bəyanatı yayıb. Bəyanatda bildirilir ki, Suriya kəşfiyyatı bir çox ərəb şahzadələrinin nikahdankənar cinsi əlaqələrini əks etdirən video faktları əldə edib. Lazım gələcəyi təqdirdə, həmin süjetlər vahid bir klipdə dünya ictimaiyyətinə təqdim olunacaq. Rusiyanın MIGnews.com saytı Al-Bawaba qəzetinə istinadən məlumat verir ki, hədə-qorxu dolu bəyanatı Suriya prezidentinin müşaviri Butxayna Şabaan səsləndirib.
Xatırladaq ki, analoji şantaj üsulu ilə Misirin sabiq prezidentinin həyat yoldaşı Suzanna Mübarək barəsində qaldırılmış cinayət işi icra olunmadan bağlanılmışdır.
Müsəlmanın başına nə gəlirsə, bir səbəbdən gəlir...
Sərvər Aslanov
O.M.