Ukrayna prezidenti Yuliya Timoşenkonun azad olunmasını istəyir

Ukrayna prezidenti Yuliya Timoşenkonun azad olunmasını istəyir

21 Dekabr 2011 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın hazırkı prezidenti Viktor Yanukoviç bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib ki, sabiq Baş nazir Yulya Timoşenkonun həbsdən azad olunmasında maraqlıdır. İnterfax xəbər agentliyinin məlumatına görə, Ukrayna prezidenti bu sözləri söyləməklə bir növ ictimaiyyətə mesaj vermiş oldu: "Mən qanunda göstərilən müəyyən şərtlərlə Timoşenkonun azadlığa çıxmağına qarşı deyiləm. Bundan başqa, istərdim ki, bu iş mümkün qədər tez yekunlaşsın. Mən hamıdan çox bu işdə maraqlıyam".

Bu, məşhur Ukrayna təmsili "İvan və salo"nun məsələsinə döndü. İvan salonu yeyir, sonra isə hamını çaşdırmaq üçün səs-küy salır ki, donuzumu kəsiblər...

Murad Şahməmmədov

O.M.