VİDEO-Şərqdə qurulacaq xilafət Qərb ölkələrindən vergi alacaq

VİDEO-Şərqdə qurulacaq xilafət Qərb ölkələrindən vergi alacaq

21 Dekabr 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)
Amerikalılar və sionistlər tezliklə Yaxın Şərqdən qovulacaq

İordaniya şeyxi, Fələstin Azadlıq Ordusunun dini rəhbəri Nadir Tamimi Qərb ölkələrinə ultimatum verib: "Biz Xilafəti bərpa edəcəyik. Siz bizə Cizyə verəcəksiniz. Əks təqdirdə, biz qılınclarımızı sizin başınızın üstünə qaldıracağıq." Mignews.com saytının ərəb mənbələrinə istinadən yaydığı xəbərdə bildirilir ki, şeyx və onun yüz minlərlə tərəfdarı tezliklə müsəlman dövlətlərini bir arada toplamaqla İslam xilafətini bərpa etmək niyyətindədir. Onlar bu niyyətlərini gizlətmirlər. Bildirirlər ki, şəriət qaydalarına əsasən xilafət kitab əhli olan (xristian və yəhudi) insanlardan dini vergi - cizyə toplayacaq. Cizyə - İslam dövlətində yaşayan və müsəlman olmayan, həddi-buluğa çatmış kişilərin illik icbari vergisidir. Bu verginin məbləği sosial mənsubiyyətə uyğun təyin olunur. Şeyx həmçinin Yaxın Şərqdə birliyi bərpa edəcəyinə, tezliklə amerikalılar və sionistləri regiondan qovacağına söz verib. Eyni zamanda Suriya və digər narahat ölkələrdə qayda-qanunu bərpa edəcəyini vəd edib.

Hələlik Qərb ölkələri Yaxın Şərq dövlətlərindən məcburi "cizyə" toplayırlar...

Fuad Borçalı

O.M.