ABŞ Türkiyəni seçim qarşısında qoydu

ABŞ Türkiyəni seçim qarşısında qoydu

27 İyun 2018 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Vess Mitçell xəbərdarlıq edib ki, Ankara Rusiyadan S-400 zenit-raket kompleksi alsa, Türkiyəyə F-35 döyüş təyyarələrinin verilməsi ilə bağlı saziş təhlükə altında qalacaq.

O, bunun Donald Tramp tərəfindən 2017-cü il avqustun 2-də imzalanmış düşmənə sanksiyaların köməyilə müqavimət göstərmək haqqında qanunun pozulması kimi qeydə alınacağını bildirib.

"Türkiyənin Rusiya istehsalı S-400 komplekslərini alması Ankara ilə bağlanmış və F-35 qırıcılarının satışını nəzərdə tutan razılaşmanı təhlükə altına qoyacaq", - ABŞ senatında çıxış edən Mitçell deyib.

O, Türkiyə həbsxanalarında saxlanılan ABŞ vətəndaşları haqqında da fikirlərini bölüşüb.