
Türkiyədə France Presse-nin foto müxbirini tutdular
Bu gün Türkiyə polisi separatçı kürd təşkilatları
ilə əlaqədə şübhəli bilinən bir qrup şəxsi yaxalayıb. Onların arasında France
Pressenin foto-müxbiri Mustafa Özer də var. Agence France-Presse-nin Anadolu agentliyinə
istinadən verdiyi xəbərdə bildirilir ki, polisin əməliyyatı nəticəsində müxbirin
kompüterinə aid bir neçə kompakt disk, yaddaş kartı və başqa sənədlər
götürülüb. Əməliyyatda "Kürd cəmiyyətləri birliyi" separatçı təşkilatı ilə əlaqədə
şübhəli bilinən 40-dək insan tutulub. Bu təşkilat PPK-nın mərkəzi siyasi orqanı
hesab olunur. Tutulanların arasında bir neçə jurnalistin olduğu istisna
edilmir.
Analitiklər antiterror əməliyyatında məhz Fransaya məxsus xəbər agentliyinin müxbirinin həbsə alınmasını gərginləşən Fransa-Türkiyə münasibətləri ilə izah edirlər.
Fuad Borçalı
O.M.