
Rusiya ilə ABŞ Suriya müxalifətini müzakirə etdilər
Bu gün axşam saatlarında ABŞ tərəfinin təşəbbüsü ilə bu ölkənin dövlət katibi Hillari Klinton və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu. Söhbətin əsas mövzusu Koreya yarımadasındakı son vəziyyət olsa da, Suriya müxalifəti məsələsinə də toxunuldu. İnterfax xəbər agentliyinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə istinadən yaydığı xəbərdə bildirilir ki, iki ölkə rəsmiləri Suriyadakı vəziyyəti stabilləşdirmək naminə Suriya müxalifətinə təsir mexanizmi barədə danışdılar. Daha doğrusu, Suriyada münaqişə edən tərəflərlə münasibətə hərtərəfli toxunaraq, məsələnin Ərəb Dövlətləri Liqası çərçivəsində davam etdirilməsi qərarına gəldilər. Bu isə Suriya müxalifətinin dəstəklənməsi deməkdir.
Qəribə məntiqdir, Suriyanın taleyini imperiyalar həll edir...
Fuad Borçalı
O.M.