Rusiyanın 21 seçki məntəqəsində nəticələr ləğv edildi

Rusiyanın 21 seçki məntəqəsində nəticələr ləğv edildi

20 Dekabr 2011 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

İnterfax xəbər agentliyinin məlumatına görə, Rusiya MSK sədrinin müavini Leonid İvlev parlament seçkiləri ilə əlaqədar komitəyə 1600 şikayətin daxil olduğunu bildirib. Hətta seçki məntəqələrindən 600 nəzarətçinin qovulduğu haqda da məlumat daxil olub. L.İvlev 124 şikayətə baxılmadığını bildirib. Belə ki, birbaş 41 şikayət Baş Prokurorluğa, 63 DİN-ə, 20 İstintaq Komitəsinə göndərilib. L.İvlev onu da bildirib ki, 21 seçki məntəqəsində 39 min seçicinin səsi etibarsız sayılıb. Belə ki, Youtube-da yer alan 26 video süjetdə əks olunan qanun pozuntusunun yalnız biri sübuta yetirilib.

O.M.