Belorus prezidentinə etiraz edən lüt qızlar yoxa çıxdılar

Belorus prezidentinə etiraz edən lüt qızlar yoxa çıxdılar

20 Dekabr 2011 13:59
Bəyəndim (0) Bəyənmədim (0)
Ehtimal olunur ki, onları Belorusun KQB-si oğurladıb

Ukraynanın qalmaqallı "Femen" təşkilatı haqda sizə məlumat vermişdik. Xatırlayırsınızsa, Rusiyada parlament seçkilərinin nəticələrinə qarşı "Femen"li qızlar çılpaq etiraz aksiyası keçirmişdilər.

İnterfax xəbər agentliyinin məlumatına görə, bu gün qızlar Belorus prezidenti Aleksandr Lukaşenkoya qarşı Minskdə Təhlükəsizlik Nazirliyi binasının qarşısında etiraz aksiyası keçirərkən müəmmalı şəkildə yoxa çıxıblar. Onlarla bərabər aksiyanı lentə köçürən operator da yoxa çıxıb.

Təşkilatın digər üzvləri faktı təsdiq edərək bildiriblər ki, İnna Şevçenko, Oksana Şaçko, Aleksandra Nemçinova və operator Kitti Qrinə aid mobil telefonlar söndürülüb və 6-7 saatdır onlarla əlaqə yaratmaq mümkün deyil. Məlumatda o da bildirilir ki, qızlar etiraz aksiyasından bir neçə saat sonra itiblər.

Xatırladaq ki, "Femen"li qızlar dünən Belorus müxalifətinin "Meydan" hərəkatının ildönümü münasibətilə etiraz aksiyasını həyata keçiriblər. Hazırda Belorus rəsmiləri itkin düşmüş qızlar haqda heç bir məlumata malik olmadıqlarını bildirirlər. Ehtimal olunur ki, onları Belorusun KQB-si oğurladıb.

Çılpaq qızları oğurlamaqdansa qəlblərini oğurlamaq lazımdır...

Sərvər Aslanov

O.M.