“PKK-nın əsas liderləri məhv edilib”

“PKK-nın əsas liderləri məhv edilib”

20 İyun 2018 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı apardığı əməliyyat çərçivəsində terror təşkilatının əsas lider tərkibi məhv edilib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı deyib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar fəal şəkildə davam etdiriləcək.

O qeyd edib ki, PKK ilə mübarizə Türkiyə üçün prioritetdir: "İraqın şimalında hərbi əməliyyatlar terrorçular tamamilə məhv edilənədək davam edəcək".