
“Qandili terrorçuların başına yıxacağımıza əhd etmişik”
"Fərat qalxanı" əməliyyatı ilə Suriyada terroru məhv etdik. Daha sonra Afrin Hərəkatını başlatdıq. Afrini də terrorçulardan təmizlədik".
Azadinform xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib. Baş nazir qeyd edib ki, növbə Qandildədir: "Əhdimiz var. Buranı da terrorçuların başlarına yıxacağıq. Burdakı terror təşkilatları həm türklərin, həm də kürdlərin başının bəlasıdır. Bu terror təşkilatlarını məhv etmək bizim borcumuzdur".
Digər xəbərlər