
“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”
"Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyin və rifahın möhkəmlənməsinə əngəl olaraq qalır".
Bu barədə Avropa İttifaqının (Aİ) saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirilir ki, Avropa İttifaqı, həmçinin, münaqişənin tez bir zamanda beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tam uyğun olaraq həllini tələb edir.
"2003-cü ildən Aİ-nin xüsusi nümayəndəsi ittifaq və region ölkələri arasında dialoq yaratmaq və region ölkələrinə qarşı Aİ-nin siyasətinin hazırlanmasına hərtərəfli kömək etmək üçün işləyir. Aİ, həmçinin, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsi ilə Minsk Qrupunun həmsədr ölkələrinin (Fransa, Rusiya, ABŞ) münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyir və tamamlayır".(Modern.az )
Digər xəbərlər