Yüksək vəzifəli azərbaycanlı öldürüldü

Yüksək vəzifəli azərbaycanlı öldürüldü

18 İyun 2018 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

İraqın Kərkük şəhərində Səhiyyə Nazirliyinin Planlaşdırma dairəsinin rəhbəri İstibrak Əbdüllətif sui-qəsd nəticəsində evində öldürülüb.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kərkük polis idarəsinin mətbuat xidmətinin rəhbəri Afrasyav Kamil deyib. O bildirib ki, cinayətkarların kimliyi bəlli deyil və bununla bağlı araşdırma aparılır.

Kamil Əbdüllətifin atasının da evdə ölü halda tapıldığı qeyd edib.

Xatırladaq ki, son 8 ayda müxtəlif zümrələrdən olan 21 türkman (azərbaycanlı) sui-qəsd nəticəsində öldürülüb.